Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölkəsində polisi təhqir etməkdə təqsirləndirilən və Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı Orxan Alagöz Abdulhəmid oğlunun ekstradiyasiya edilməsi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara görə, məhkəmə Orxan Alagözün Türkiyə Respublikasına ekstradisiya edilməməsi qərarını verib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Türkiyə vətəndaşı olan Orxan Alagöz ölkəsində polisi təhqir etdiyi üçün axtarışa verilib. O, bu il Azərbaycanda həbs edilib. Türkiyə Respublikası isə Orxan Alagözün ekstradisiya olunmasını tələb edib.
Hacı Zeynalov