6 Sentyabr 2016 11:03
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə və quldurluq etməkdə təqsirləndirilən Qulu Abdullayevlə Kamran Cəfərzadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 9-na təyin edilib.

Hadisə ötən ilin noyabr ayının 3-də Ramana qəsəbəsi Şuşa şəhərciyində baş verib. Həmin qəsəbədə yaşayan Aynur Teymurovaya evində bıçaq xəsarətləri yetirilib. Hadisədən sonra Aynur Teymurova dünyasını dəyişib.

Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi və 12-ci Polis Bölməsi əməkdaşlarının birgə əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakinləri - 1998-ci il təvəllüdlü Qulu Abdullayev və 1999-cu il təvəllüdlü Kamran Cəfərzadə tutulub.

Qulu Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və Kamran Cəfərzadə isə 181-ci (quldurluq) maddəsi ilə ittiham olunurlar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər