İsmayıllı rayonunda qətl hadisəsi törədən keçmiş məhkum qaçsa da sonradan tutulub.
APA-nın yerli bürosunun xəbərinə görə, Topçu kənd sakini, 1976-cı il təvəllüdlü Feyzullayev Hikmət Kazım oğlu öz dayısı oğlu, 1976-cı il təvəllüdlü Hüseynov Canpolad Firudin oğlu tərəfindən biçaqlanaraq, amansızlıqla qətlə yetirilib. Hadisəni törədən Canpolad Hüseynov qaçıb gizlənsə də, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları onun tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçiriblər və cinayətkar “isti izlər”lə tapılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.