8 Sentyabr 2016 21:34
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə sentyabrın 6-da qeydə alınıb.

Məlumata görə, Bakı şəhər sakinləri - Musa Hüseynov, Oqtay Yusifzadə və Səbuhi Hüseynov naməlum şəxslə mübahisə ediblər. Mübahisə zamanı həmin şəxs Musa Hüseynov, Oqtay Yusifzadə və Səbuhi Hüseynova bıçaqla xəsarət yetirib.

Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Cəfər Həsənov tutulub.

Hacı Zeynalov


Müəllif: