13 Sentyabr 2016 01:53
1 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 25 yaşlı iş adamı nişanlısının gözü qarşısında qətlə yetirilib.


Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, cinayət Bursa şəhərində törədilib.

Avtomobil alqı-satqısı ilə məşğul olan Barış Kösa bayramlaşmaq üçün yaxın günlərdə evlənəcəyi sevgilisi gilə gedib. Gənc yolda əvvəllər münasibətləri pis olmuş Əli.A ilə rastlaşıb. Sevgilisinin yanında mübahisə etməmək üçün Barış avtomobilinə əyləşib. Elə bu zaman Əli.A silaha əl atıb və tapançadan avtomobilə sarı 7 dəfə atəş açıb. Güllələrdən biri Barışın ürəyini dəlib keçib və o, keçinib. Sevgilisi isə gördüklərindən şoka düşüb.

Polis faktla bağlı araşdırma aparır.


Müəllif:

Oxşar xəbərlər