13 Sentyabr 2016 17:13
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon sakini Ruxsarə Məmmədovaya məxsus evdən 350 manat və 3220 manat dəyərində qızıl əşyaları oğurlanıb.

Qəbələ rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Coşqun Kərimli tutulub.

Onun daha 3 evdən pul və qızıl əşyaları oğurlaması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: