13 Sentyabr 2016 19:16
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə-Samux avtomobil yolunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Gəncədəki İmamzadə Dini Kompleksinin yaxınlığında Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Elmixan Həsənovun idarə etdiyi “VAZ” markalı avtomobil “KamAZ”la toqquşub. Nəticədə “VAZ"ın sürücüsü müxtəlif bədən xəsarətləri alaraq, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
APA


Müəllif: