17 Sentyabr 2016 11:58
2 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sabirabad rayon polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində rayonun Türkədi kənd sakini, 1961-ci il təvəllüdlü Sadiq Şıxəliyev həbs edilib.

Sadiq Şixəliyevin həyətinə baxış keçirilərkən aqrotexniki qaydada qulluq edilmiş 56 çətənə kolu, həmçinin 25 kökündən çıxarılmış quru halda, ümumi çəkisi 16 kiloqram, evindən isə 8 kiloqram həcmdə qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: