28 Sentyabr 2016 17:01
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan 1979-cu il təvəllüdlü Zöhrab Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçən prosesdə dövlət ittihamçısı Zöhrab Məmmədovun 14 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə oktyabrın 5-də davam edəcək.

İttiham görə, Zöhrab Məmmədov Suriya ərazisindəki silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə 12 dekabr 2012-ci ildə Türkiyəyə, oradansa Suriyanın Artma vilayətinə keçərək “Cəbhət ən-Nusra”nın tərkibinə daxil olan “Abu Yəhya” ləqəbli Nicat Aşurovun rəhbərlik etdiyi “Mühacirin və Ansar” adlı silahlı birləşməyə qoşulub.


2013-cü ilin yanvar ayında Sfera qəsəbəsi uğrunda hökumət qüvvələrinə qarşı döyüş əməliyyatı zamanı yaralanıb. Uzun müddət Türkiyədə müalicə olunduqdan sonra 2 aprel 2013-cü ildə Azərbaycana qayıdıb.

Zöhrab Məmmədov 29 dekabr 2015-ci ildə həbs olunub. Onun barəsində Səbail rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Əslən Qərbi Azərbaycandan olan Zöhrab Məmmədov Suriyada Azad Suriya Ordusunun tərkibində gedən döyüşlərə qoşulduğunu təsdiq etsə də, İŞİD-lə əlaqəsini inkar edib. O, eyni zamanda “Cəbhət ən-Nusra” adlı cinayətkar birliyin tərkibinə daxil olan “Mühacirin və Ansar” adlı silahlı birləşməyə də qoşulmadığını deyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər