Türkiyənin İzmir vilayətində bir qrup şəxs sosial şəbəkələr vasitəsilə gənc qızlarla əlaqə yaradaraq onları aldadıb fahişəliyə cəlb ediblər.
Teleqraf.com xəbər verir ki, qızları "sizi maniken edəcəyik" vədi ilə ayrı-ayrı evlərə yerləşdiriblər. Daha sonra onlara müştəri tapıb fahişəliyə məcbur ediblər.
Türkiyənin Əxlaq Bürosunun əməkdaşları cinayətin üstünü açaraq 7 nəfəri həbs edib. Faktla bağlı araşdırmalar davam edir.
Ayxan