Ağdaş rayonunda Dövlət Hümanitar Kollecinin tarix müəllimi Rəcəb Vəliyev idarə etdiyi avtomobillə yolu keçmək istəyən 2006-cı il təvəllüdlü Həsənov Mehdi Bəhruz oğlunu vurub.
Teleqraf.com xəbər verir ki, 5-ci sinif şagirdi olan Mehdi Həsənov rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Uşağın həyatını xilas etmək mümkün olub.
Faktla bağlı Ağdaş polisi araşdırma aparır.