11 Oktyabr 2016 12:05
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prsosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb.

Buna Maşallah Əhmədovun jurnalistlərin məhkəmədə iştirakına etiraz etməsi səbəb olub.

Hakim bildirib ki, məhkəmədə tərəf olan şəxs jurnalistlərin prosesə qatılmasına etiraz edir: "Bu səbəbdən jurnalistlərin məhkəmə iclasında iştirakına icazə verilmir".

Prosesə Maşallah Əhmədovun vəkili də gəlməyib. Maşallah Əhmədov vəkilsiz məhkəmənin hazırlıq iclasının keçirilməsini istəməyib.

Hazırlıq iclasının davamıoktyabrın 13-dək təxirə salıb.

Maşallah Əhmədov 2015-ci il dekabrın 14-d Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq dəyərə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin sözünə əməl etməyib, həmin şəxslərin də pulunu qaytarmayıb.

Binəqədi rayon Məhkəməsi Maşallah Əhmədov barəsində ev dustaqlığı barədə qərara qəbul edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər