12 Oktyabr 2016 22:54
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayonu ərazisində baş verən yol qəzası barədə məlumat yayılıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Tərtər rayonu, Sarıcalı kəndi ərazisində “Mersedes” markalı minik avtomobili ilə “Mersedes” markalı yük avtomobilin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişini çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 19:25-də başa çatıb.


Müəllif: