Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Loğman Cəfərov və Murad Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Zərərçəkənlərə dəyən 9 min manat maddi ziyan ödənilib. Qanunvericiliyə edilən son dəyişikliyə əsasən, bu şəxslərin cinayəti "külli miqdarda dələduzluq" hesab olunmadığı müəyyən edilib.
Onların təqsirləndirildiyi 178.3.2-ci (külli miqdarda dələduzluq) maddə 178.2-ci (təkrar dələduzluq) maddəsinə tövsif edilib. Murad Quliyevin cəmi bir epizodda Loğman Cəfərovla əlbir olduğu qeyd edilib.
Məhkəmə kollegiyasının hökmü ilə Loğlam Cəfərov 4 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Murad Quliyev isə 2 il sınaq müddəti olmaqla şərti azadlığa buraxılıb.
Hacı Zeynalov