16 Oktyabr 2016 23:12
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzulidə yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Böyük Bəhmənli kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və dama yığılmış 13 ton ot bağlamasının 5 tonu yanıb.

Otun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: