21 Oktyabr 2016 09:45
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samux rayonunda fərdi yaşayış evində partlayış baş verib. Partlayış zamanı iki nəfər ağır yaralanıb.

Hələlik hansı səbəbdən baş verdiyi məlum olmayan partlayış Samux rayon sakini, 1961-ci il təvəllüdlü Naçar İsmayılova məxsus evdə qeydə alınıb.

Nəticədə N.İsmayılov və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Zemfira İsmayılova ağır bədən xəsarətləri alıblar. Yaralılar qonşuların köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Həkimlər tərəfindən dərhal tibbi yardım göstərilən hər iki yaralının vəziyyəti ağır olduğundan Bakı şəhərindəki tibb müəssisələrindən birinə göndərilməsi gözlənilir.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.//report.az


Müəllif:

Oxşar xəbərlər