Bakıda dəhşətli hadisə baş verib.
APA-nın məlumatına görə, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Şam Bağı” restoranının yaxınlığında qəsəbə sakini Ceyhun Zeynalov qısqanclıq zəminində keçmiş həyat yoldaşı Arzu Zeynalovanın üstünə benzin tökərək od vurub.
Arzu Zeynalova təcilli xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
Hadisəni törədən Ceyhun Zeynalov saxlanılıb. O, keçmiş arvadının üstünə benzin töküb od vurarkən öz əllərini də yandırıb. Arzu Zeynalova Ceyhun Zeynalovdan ayrıldıqdan sonra başqası ilə ailə qurub.