31 Oktyabr 2016 14:24
929

Sumqayıt şəhərində cinayət törədən şəxslər məsuliyyətə cəlb olunub.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Röyal Səfərov, Ehtiram Əliyev, Pərviz Quliyev və Bakı şəhər sakini Fərid Əsgərov tutulublar.

Onlar bu il avqustun 24-də Nəbi Qarayevə bıçaqla xəsarət yetirməkdə, qardaşları Miri və İmranı döyməkdə şübhəli biliniblər.

Hər iki şəxsin iyulun 25-də Sumqayıt şəhər sakini Ziyafət Novruzova bıçaqla zərər yetirmələri, 2013-cü il noyabrın 4-də Əflatun Seyidova qarşı xuliqanlıq etmələri, ötən il dekabrın 12-də Babək Allahverdiyevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaları, habelə yanvarın 22-də Röyal Səfərovun münaqişə zəminində Fərid Əsgərova bıçaqla xəsarət yetirmələri də müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: