31 Oktyabr 2016 16:26
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İraq Şam İslam Dövlətinin (İŞİD) tərkibində döyüşməkdə təqsirləndirilən Orxan Adiyev, İbad Muxtarov, Məhəbbət Abdullayev və Nizami Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub, təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı noyabrın 4-də təyin edilib.

Təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər. Onlar 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisinə keçiblər.

Həmin dövlətlərin ərazisində qanunsuz fəaliyyət göstərən İŞİD və digər terrorçu təşkilatların tərkibində döyüşüblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər