8 Noyabr 2016 13:01
2 679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un məlumatına görə, ARB TV xəbər verir ki, məcburi köçkün Məzahir Fərzəliyevin qeyri-rəsmi nikahda olduğu Almaz Əhmədovanı ilə bağlı görüntüləri yayıb.

Zərərçəkən Almaz Əhmədova: "Mənim 41 yaşım var. Hələ mən bir adamla əlaqədə olmamışam. Ayağını qoydu başımın üstünə və dəmir parçası ilə başıma, beynimə vurdu. Dedi ki, de görüm səni öldürməmiş kiminlə əlaqədə olmusan? Dedim mən nahaq yerə özümə ləkə vura bilmərəm. 3 ildi onunla bərabərəm hələ ona xəyanət etməmişəm".

Lakin qadın birgə yaşadığı kişini buna inandıra bilməyib. Bunun nəticəsində isə o, aldığı xəsarətlərdən Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən Məzahir Fərzəliyev saxlanılıb.

Faktla bağlı istintaq aparılır.

***

Goranboy rayonunda ailə münaqişəsi cinayətlə nəticələnib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Veyisli kəndində qeydə alınıb.

Kəlbəcər rayonundan olan məcburi köçkün Məzahir Fərzəliyev qeyri-rəsmi münasibətdə olduğu 42 yaşlı Almaz Əhmədovanı döyüb. Xəsarət alan Almaz Əhmədova Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğum bildirilir.

Hadisə qısqanclıq zəminində baş verib.

Məzahir Fərzəliyevlə qeyri-rəsmi münasibətdə olan qadın telefonda bir kişi ilə danışıb. Onun bu hərəkətindən Məzahir Fərzəliyev xəbər tutub. Buna görə də Almaz Əhmədovanı ölümcül döyüb.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər