Quba-Xaçmaz yolunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə axşam saatlarında Quba rayonu, Alekseyevka kəndi ərazisində qeydə alınıb.
Piyada, 1986-cı il təvəllüdlü Ələhmədov Azər Məhəmməd oğlunu xəstəxanaya elə hadisəni törədən sürücü özü çatdırıb.
Xəstəxanadan verilən məlumata görə, yaralıya “qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, hər iki dizin sıyrıntıları" diaqnozu qoyulub və xəstənin vəziyyəti normaldır.
Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır.
/Report/