Bakının Nizami rayonunda xuliqanlıq cinayəti baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə metronun Neftçilər stansiyasının yaxınlığında olan parkda qeydə alınıb.
Parkda 59 yaşlı Rövşən Lətifov naməlum şəxslər tərəfindən döyülüb. O, 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəsarət alan 59 yaşlı kişinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov