Bakı Metropolitenində cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, yanvarın 3-də metronun "20 Yanvar" stansiyasında Bakı şəhər sakini Ayşən Hüseynovanın cibindən mobil telefonu oğurlanıb.
Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Heydər Əhmədov tutulub.
Hacı Zeynalov