Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsində keçmiş nazir Əli Abbasovun istintaqa 6,8 milyon manat ödəməsi ilə bağlı yayılan məlumatlara Baş prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev münasibət bildirib.
Teleqraf.com-un məlumatına görə, Kamran Əliyev bildirib ki, həmin işlə bağlı təqsirləndirilən şəxslər tərəfindən ziyanın ödənilməsi təmin olunub: "Cinayət işi ayrıca icraata götürülüb, Baş İdarə tərəfindən istintaqı aparılır. Bu cinayət işi çərçivəsində də ziyanın ödənilməsi davam etdirilir. Yerdə qalan detalları isə icazə verin, açıqlamayım. Nə qədər ki, istintaq gedir, bu, istintaq sirridir".
"Əli Abbasov pulu təqsirləndirilən şəxs qismindəmi ödəyibmi?" sualına KamranƏliyev bildirib ki, Əli Abbasov təqsirləndirilən şəxs qismində ödəsəydi, yəqin indi o da məhkəmə qarşısında olardı: "Hesab edirəm ki, ətraflı cavab verdim".
Hacı Zeynalov