21 Yanvar 2017 01:39
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonu ərazisində soyğunçuluq edilib. Teleqraf.com xəbər verir ki, naməlum şəxs Bakı şəhər sakini Xəqani Nəbiyevin 530 manat pulunu soyğunçuluq yolu ilə alıb.

Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Hidayət Əsədov tutulub.

Bundan başqa, Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-də Bakı şəhər sakini Vasif Həsənovun mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Gülağa Quliyev tutulub.
Hər iki faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər