23 Yanvar 2017 14:28
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Züleyxa Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Züleyxa Cəfərova 11 illik həbs cəzası verilib.

Qeyd edək ki, ötən il avqustun 3-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşayan Züleyxa Cəfərova evində münaqişə zəminində 14 yaşlı qızı Ehsanə Cəfərovanı yaylıqla boğaraq öldürüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər