Bakının Qaradağ rayonunda oğurluğa cəhd edən mütəşəkkil dəstə zərərsizləşdirilib. Teleqraf.com xəbər verir ki, Səngəçal qəsəbəsində Sarınca-Qaradağ dəmir yolu xəttindən 150 metr mis naqili kəsərək oğurlamağa cəhd göstərilib.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu cəhd göstərməkdə şübhəli bilinən Beyləqan rayon sakini İlkin Fərəcov, Ağdam rayon sakinləri Ramil Axundov və Mehman Cəfərov saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov