Bakının Sabunçu rayonunda bıçaqlanma baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bakıxanov qəsəbəsində qeydə alınıb.
Kafelərdən birində yeyib-içib, sərxoş olan 1963-cü il təvəllüdlü Əfsər Cümşüdov orada səs-küy salıb, sonra tanımadığı müştərilərlə dava edib.
Dava zamanı bıçaqlanan Əfsər Cümşüdov 3 saylı Sabunçu Şəhər Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək həbsi üçün Savunçu Rayon Polis İdarəsinin 13 -cü polis bölməsinin əməkdaşları tərəfindən əməliyyat keçirilir.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov