Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakıda şagirdin bıçaqlaması hadisəsinə aydınlıq gətirib.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayonundakı 217 nömrəli tam orta məktəbdən idarəyə verilən məlumata görə, 3 fevral 2017-ci il tarixində dərs balamamışdan əvvəl (saat 8 radələrində) məktəbin həyətində IX sinif şagirdi N.Musayev onunla eyni sinifdə oxuyan E.Əmənova bıçaqla xəsarət yetirib.
Məktəbdən təcili tibbi yardıma müraciət olunub və E.Əmənov xəstəxanaya aparılıb. Hadisəni törədən N.Musayev isə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb.
Hər iki məktəblinin təlim nəticələrinin, dərsə davamiyyətinin və davranışının normal olduğu qeyd edilib.
***
Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sulutəpə qəsəbəsində qeydə alınıb.
Qəsəbə ərazisində yerləşən 217 saylı orta məktəbin həyətində 9-ci sinif şagirdi Nemət Musayev sinif yoldaşı Elturan Əmənovu bıçaqlayıb.
Elturan Əmənov bıçaq xəsarəti ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün məktəblinin həyatını xilas etmək mümkün olub.
Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən cinayəti törədən Nemət Musayev həbs edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov