7 Fevral 2017 15:40
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayonunda oğurluqla məşğul olan şəxslər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Qəbələ rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kürd kənd sakinləri Qəhrəman Muradlı və Əlibala Əsədov tutulublar.


Onlar həmin kəndin ərazisindəki evlərdən birinin həyətindən 7 ev quşu oğurlamaqda şübhəli biliniblər.

Qəhrəman Muradlının ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun başqa cinayəti də üzə çıxıb.

Məlum olub ki, o, həmkəndlisi Məhəmməd Məmmədxanovla birgə daha 2 evin həyətlərindən ümumilikdə 11 baş qoyun oğurlayıb.

Həyata keçirilən əməliyyat tədbirləri ilə Məhəmməd Məmmədxanov da tutulub. Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: