Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza rayonun Ağcakənd yolunun Tatarlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Goranboy rayon sakini, 32 yaşlı Mahir Mirzəyevin idarə etdiyi "Opel" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə zərbənin gücündən sürücü avtomobildən bir neçə metr kənara düşərək dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
/Report/