8 Fevral 2017 20:10
13 806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nişanlısına qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən Masallı rayon sakini, 1991-ci il təvəllüdlü Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Elnur Məmmədov 16 iyul 2014-cü il tarixdən 11 sentyabr 2014-cü il tarixədək həmkəndlisi, 1999-cu il təvəllüdlü Samirə Babayevanın (ad və soyad şərti verilib) razılığı ilə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Elnur Məmmədov Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham edilib. Cinayət işinə Masallı rayon Məhkəməsində baxılıb.

“Samirə ilə internetdə tanış olduq”

Məhkəmədə ifadə verən Elnur Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, 2014-cü il martın 1-də Samirə Babayeva ilə sosial şəbəkədə tanış olub: “Həmin vaxt Samirə məni görüşə dəvət etdiyindən, onunla görüşdüm. Qonşularının həyətində onunla görüşdüm. Bu zaman onun anası Sədaqət bizi görsə də, bir söz demədən getdi. Sonra ora Samirənin qohumları olan Rəvanla Cavid gəldi. Onlar Samirə ilə görüşməyimə irad tutdular. Hadisə yerinə gələn Samirənin anası və mənim bibim mübahisənin böyüməsinə imkan vermədilər”.

Elnur Məmmədovun sözlərinə görə, bibisi hadisədən sonra Samirəgilə gedib: “Sonra bibim geri qayıtdı. Ondan Samirəgildə nə baş verdiyini soruşdum. Bibim dedi ki, Samirənin anası ona hədə-qorxu gəlib. Bunun üçün Samirənin barmağına üzük taxıb və qızı nişanlayıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2014-cü ilin sentyabr ayının əvvəlində Samirənin dəvətilə onunla görüşüb: “Samirədən anasının görüşə icazə verib-verməməsini soruşdum. Samirə anasının görüşə icazə verdiyini bildirdi. Həmin gündən 3-4 gün sonra axşam saatlarında Samirənin yaşadığı həyətə getdim. Orada Samirəni səslədim. Məni Samirə, anası və bacıları qarşıladı, onlar məni evə dəvət etdilər”.

“Yorğun olduğumu, görüşə gələ bilmədiyimi dedim”

Elnur Məmmədov bildirib ki, orada bir qədər söhbət edib, sonra evinə gedib: “Növbəti dəfə Samirə ilə görüşəndə mənə qəbizliyinin olduğunu, ev şəraitində imalə edildiyini bildirdi. Bir müddət sonra Samirəni sosial şəbəkələrdən istifadə edərkən gördüm. Ondan nə üçün internetdə olduğunu soruşdum. Mənə yaxşı etdiyini dedi. Ona verdiyim mobil telefonumu geri istədim. Telefonu mənə qaytarmadı. Bir neçə gün sonra Samirə məni görüşə çağırdı. Lakin yorğun olduğumu və görüşə gələ bilməyəcəyimi dedim”.

Elnur Məmmədovun sözlərinə görə, Samirə ona görüşə gəlməməsini irad tutub: “Dedi ki, başqalarına zəng edib, onlarla görüşəcək. Samirənin dediyi sözlər mənə pis təsir etdi. Bunun üçün 25 noyabr 2014-cü ildən onunla əlaqəmi tam kəsdim. Bibimin onlara göndərdiyi nişanı geri istədim. Nişanı geri qaytardığıma görə Samirə mənə şər ataraq tutduracağını bildirdi. Mən onunla qeyri-təbii yola cinsi əlaqədə olmamışam. Nişanı qaytardığım üçün Samirə və qohumları qisas almaq üçün bu böhtanı mənə atıblar”.

“Şəkillərini göndərərək, məni sevdiyini yazdı”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Samirə Babayeva bildirib ki, 2014-cü ilin fevral ayında həmkəndlisi Lətifə qardaşı oğlu Elnur Məmmədov üçün onlara elçi gəlib. Elnur “Vkontakte” sosial şəbəkəsində mənə yazaraq bacım Sevdanın onu sevib-sevmədiyini soruşdu. Bacıma Elnurun yazdıqlarını çatdırdım. Sevda Elnuru sevmədiyini dedi. Bu barədə Elnura bildirdim. Bundan sonra Elnur sosial şəbəkədə şəkillərini göndərərək məni sevdiyini yazdı. Həmin vaxt mən də Elnuru sevdiyimi yazdım. Bir müddət sosial şəbəkədə Elnurla yazışdım, sonra görüşdüm”.

“Nişanlanandan sonra - iyulun 16-da, saat 20 radələrində Elnurun təklifi ilə bibisi oğlunun sexinə getdik. Elnur dedi ki, biz artıq nişanlıyıq, bir müddət sonra toyumuz olacaq. O, mənimlə qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini dedi. Elnura etiraz edərək həm yaşımın az olduğunu bildirdim, həm də bu cür əlaqədə olmaq istəmədiyimi dedim. Elnur isə mənə cinsi əlaqənin nişanlılar arasında normal bir şey olduğunu dedi, məni sakitləşdirməyə başladı. Elnur məni tam inandırdıqdan sonra cinsi əlaqədə olmağa razılıq verdim. Elnur yaxınlaşaraq dodaqlarımdan öpdü və əynimdə olan paltarımı çıxardı. Sonra mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu”.

Samirə Babayevanın sözlərinə görə, Elnur ilə cinsi əlaqədə olandan sonra oradan yaşadığı evə gedib: “Həmin gün özümü pis hiss etdim, qarnım ağrıdı. Lakin bu barədə heç kimə demədim. Sonra demək olar ki, hər gün Elnurla sexdə görüşüb ayaq üstə qeyri-təbii yolla cinsi əlaqədə olmuşam”.

“Elnur mənə görüşdüyü qızlar barəsində danışdı”

Samirə Babayeva qeyd edib ki, sentyabrın 11-də Elnur onunla yenidən sexdə görüşmək istəyib: “Bu barədə anama dedim. Anam narazılıq etdi ki, sexdə yox, rvdə görüşək. Bundan sonra Elnurla həyətimizdə, pilləkənin altında görüşdüm. O mənə görüşdüyü qızlar barədə danışdı. Bu mənə pis təsir etdi. Bu səbəbdən onunla görüşmək istəmədiyimi və valideyinlərimə bu barədə deyəcəyimi dedim. Elnur növbəti gün gələrək nişanı qaytaracağını və başqası ilə ailə həyatı quracağını dedi. Əsəbləşdiyim üçün Elnurla mübahisə etdim. Səs-küyə anam gəldi. Anam məndən nə baş verdiyini soruşdu. Elnur anama başqası ilə ailə həyatı qurmaq istədiyini deyərək getdi”.

Samirə Babayevanın sözlərinə görə, sentyabrın 23-də Elnurun bibisi onları barışdırıb: "Sentyabrın 20-də, saat 20 radələrində evdə olarkən kiminsə xırda daşları pəncərəyə atdığını gördüm. Evin pəncərəsindən həyətə baxanda Elnuru gördüm. Evimizin birinci mərtəbəsinə Elnurla söhbət etdik. Sonra pilləkənin altında Elnurla qeyri-təbii yolla cinsi əlaqədə oldum. Təsadüfən bacım bizi gördü. Elnurdan kənarlaşaraq paltarlarımı geyindim. Elnur bacıma gördüklərini heç kimə deməməsini tapşırdı. Bacım belə münasibətin ayıb olduğunu dedi. Mən də bacımdan bu barədə heç kimə deməməsini xahiş etdim”.

“Bacım görüşdüyümüz zaman şəkillərimizi çəkib”

Samirə Babayeva qeyd edib ki, bundan sonra Elnur onunla mütəmadi olaraq qeyri-təbii yolla cinsi əlaqədə olub: “Həmçinin biz görüşdüyümüz zaman balaca bacım Səidə fotoşəkillərimizi çəkib. Bu fotoşəkilləri bacım Səidə Elnurun və mənim razılığım ilə çəkib. Sonradan aramızda mübahisə yaranıb. Elnur zəng edərkən aramızda olan münasibətin qurtardığını və daha mənə zəng etməməsini dedim. Elnurun bibisi Lətifə bizə gələrək Elnurun məni istəmədiyini dedi, nişanı qaytardı. Baş verənlər barədə heç kimə bir söz deyə bilmədim”.

Samirə Babayeva bildirib ki, 27 yanvar 2015-ci il tarixdə özünü yaşadığı evin ikinci mərtəbəsindən yerə atıb: “Sonradan valideynlərim məndən nə üçün belə etdiyimi soruşdular, onlara baş verənlər barədə danışdım. Hər dəfə Elnurla qeyri-təbii yolla cinsi əlaqədə olarkən arxamdan qan gəlib, evdə paltarlarımı özüm yuduğuma görə heç kim görməyib. Könüllü olaraq qeyri-təbii yolla cinsi əlaqədə olduğumdan Elnur mənə heç vaxt xəsarət yetirməyib”.

Masallı rayon Məhkəməsinin hökmü ilə Elnur Məmmədov 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elnur Məmmədov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə Elnur Məmmədovun apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, Elnur Məmmədovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 1 il 6 aya endirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər