10 Fevral 2017 12:22
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq əməkdaşı, 1973-cü il təvəllüdlü Arifə Cahangirovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf com xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı fevralın 17-ə təyin edilib.

Arifə Cahangirova Azərbaycan AMEA-da dizayner vəzifəsində işləyib.

İttihama görə, Arifə Cahangirova iki bacıya qarşı dələduzluq edib. O, nəşriyyatda iş qurmaq adı ilə zərərçəkmişlərdən ümumilikdə 87 min manat alıb və vədinə əməl etməyib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham edilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər