Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əli Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Əli Həsənov idarə etdiyi avtomobillə yolu keçən 60 yaşlı piyadanı ehtiyatsızlıqdan vurub. Xəstəxanaya yerləşdirilən zərərçəkmiş şəxs 5 gün sonra dünyasını dəyişib.
Hacı Zeynalov