13 Fevral 2017 12:54
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhər sakini Elmin Allahverdiyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Mingəçevir şəhər polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi Zaur Mustafayev tutulub.

Zaur Mustafayevin əvvəllər məhkum olunduğu bildirilir. Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: