Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ilin oktyabr-noyab aylarında Nardaran hadisələri ilə bağlı saxlanılan “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Daha sonra ifadə verən təqsirləndirilən şəxslər özlərini günahkar bilməyiblər.
Prosesdə Cabir Əliyev və Mübariz İbrahimovun vəkili Bəhruz Bayramov vəsatətlə çıxış edib. Vəkil hüquqlarını müdafiə etdiyi şəxslərin üzərində tapılan silahlar haqqında istehsal olunan zavoda sorğu verilməsini istəyib.
Hakimlər müşavirə keçirərək vəsatəti baxılmamış saxlayıblar. Proses fevralın 20-də davam edəcək.
Hacı Zeynalov