14 Fevral 2017 16:53
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını baltalayaraq qətlə yetirməkdə təqsirləndirilən Məzahir Qasıminin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Məzahir Qasımi 10 il müddətinə azadlıqdan məhrum edilib.

Məzahir Qasımi həyat yoldaşı Fəridə Məcidovaya balta ilə xəsarət yetirib. Qadın aldığı xəsarətdən ölüb.

Qətlə yetirilən Fəridə Məcidova Milli Məclisin Aparatında sektor müdiri vəzifəsində çalışıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər