21 Fevral 2017 18:05
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası günün ikinci yarısında davam etdirilib.

Prosesdən sonra açıqlama verən vəkil İlham Əsədov deyib ki, vəsatətlərlə bağlı qərar elan edilib. Heç bir vəsatət təmin edilməyib.

Məhkəmənin baxış iclası fevralın 28-nə təyin edilib.

Təqsirləndirilən şəxslərdən Natavan Mirvətova jurnalistlərə açıqlama verməkdən imtina edib. Bildirib ki, ittiham barəsində danışmaq istəmir: "Xahiş edirəm, haqsız şeylər yazmayın. Mən sizə hörmət edirəm. Bu haqda danışmaq istəmirəm".

***

14:55

Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakim Həbib Həsənovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Müdafiə tərəfi istintaq zamanı yol verilən pozuntulara əsaslanaraq cinayət işinin geri qaytarılması, ötən əsrin əvvəllərində tikilən, təqsirləndirilən şəxslərə aidiyyatı olmayan adamlarım adına olan əmlakların üzərinə qoyulan həbsin götürülməsi, Sübahir Qurbanovun səhhətinin ağır olmasına görə məcburi müalicəyə göndərilməsi, cinayət işinə "kserokopya" formasında tikilən şahid ifadələrinin sübutlar sıyahısından çıxarılması ilə bağlı barədə vəsatətlər verib.

Məhkəmə vəsatətlər baxılmamış saxlayıb.

Proses gününün ikinci yarısında davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər