27 Fevral 2017 15:44
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Pambıqkənd kəndində 1992-ci il təvəllüdlü Elqin Paniyev naməlum şəraitdə bıçaqlanıb.

O, xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hazırda həkim nəzarəti altında saxlanılan Eşqin Paniyevin vəziyyətinin ağır olduğu bildirilir.

Eşqin Paniyevin həmkəndliləri tərəfindən bıçaqlanıb. İlkin məlumata görə, hadisə söyüş üstündə baş verib.

Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: