27 Fevral 2017 16:39
5 813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlını zorlamaqda təqsirli bilinən 1962-ci il təvəllüdlü Rauf Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Rauf Paşayev 15 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Rauf Paşayev Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham edilib.

Hadisə Bakı şəhərində baş verib. Rauf Paşayev qonşusunun 8 yaşlı oğlunu zorlamaqda təqsirli bilinib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər