Bakının Yasamal rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə metronun "İnşaatçılar" stansiyasının yaxınlığında qeydə alənıb.
Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Ramin Yusifov həmin yerdə naməlum şəxs tərəfindın bıçaqlanıb.
Ramin Yiəusifov xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.
İlkin məlumata görə, Ramin Yusifov tanımadığı şəxs tərəfindın bıçaqlanıb. Həmin şəxs ondan pul istəyib. Lakin Ramin Yusifov pulu olmadığını deyib. Bu zaman onlarən arasında mübahisə yaranıb. Mübahisə sonda qanlı cinayətlə nəticələnib. Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinin əməkdaşları tərəfindən cinayəti törədən şəxsin müəyyən edilərək tutulması üçün tədbirlər görülür.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov