6 Mart 2017 10:15
1 815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda istirahət günü üç qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Suraxanı rayonun Əmircan qəsəbəsi sakini, 1969-cu il təvəllüdlü Ramiz Həsənov bacısının həyat yoldaşı, 1965-ci il təvəllüdlü Cavanşir Hacıyevi bıçaqlayaraq öldürüb.

Ramiz Həsənov polis tərəfindən saxlanılıb.

Məlumata görə, Cavanşir Hacıyev həyat yoldaşını mütəmadi döyürmüş. Ramiz Həsənov da bu səbəbdən qətl hadisəsini törədib.

Digər bir qətl hadisəsi Xətai rayonunda baş verib. Rayonun Neapol küçəsi-24 ünvanında məcburi köçkünlərin məskunlaşdığı yataqxanada Cəbrayıl rayonundan olan məcburi köçkün, 1960-cı il təvəllüdlü Səxavət Mehdiyev qonşusu, Ağdam rayonundan olan məcburi köçkün, 1971-ci il təvəllüdlü Müşfiq Şükürovu şişlə öldürüb.

Məlumata görə, yuxarı mərtəbədə yaşayan Müşfiq Şükürovun televizor və maqnitofona yüksək səs verməsi qonşular arasında mübahisəyə səbəb olub. Mübahisə sonda qətllə nəticələnib.

Daha bir qətl hadisəsi Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb. 1991-ci il təvəllüdlü İlahə Ağayeva nişanlısı Nəcəf Məcidov tərəfindən qətlə yetirilib.

Məlumata görə, İlahə Ağayeva bir neçə gün əvvəl nişanını qaytarıb və bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə sonda qətllə nəticələnib.

Hər üç faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər