Bakıda Mərkəzi Univermaqdan qızıl üzük oğurlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, martın 7-də Səbail rayonu ərazisindəki Mərkəzi Univermaqda köşklərdən birindən 2900 manat dəyərində qızıl üzük oğurlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Fuad Abbasov Səbail rayon Polis İdarəsi 9-cu Polis bölməsi və Rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində tutulub.