9 Mart 2017 11:22
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını münaqişə zəmində qətlə yetirməkdə təqsirləndirilən 1993-cü il təvəllüdlü Sərxan Heydərovun məhkəməsi başlayıb.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi ötən il noyabr ayının 10-da Quba rayonunda baş verib.

Oğlu tərəfindən qətlə yetirilən 1968-ci il təvəllüdlü Siyavuş Heydərov Quba rayonu ərazisində sahibkarlıqla məşğul olub.

Sərxan Heydərov Quba şəhərində “Ulduz” kafesini işlədirmiş. Qətl hadisəsi kafedə baş verib. Siyavuş Heydərovun oğlu, 1993-cü il təvəllüdlü Sərxan Heydərov içki düşkünü olub və bu barədə ata ilə oğul arasında dəfələrlə mübahisə yaranıb.

Noyabrın 10-da Sərxan atasının kafesinə sərxoş vəziyyətdə gəlib, orada içki içmək istəyib. Lakin atası ona spirtli içki verməyib və aralarında mübahisə yaranıb. Atasının etirazına əsəbiləşən Sərxan kafenin mətbəxinə keçib və oradan götürdüyü mətbəx bıçağı ilə atasına bir neçə zərbə endirərək hadisə yerindən qaçıb.


Siyavuş Heydərov xəstəxana yolunda ölüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində
Sərxan Heydərov tutulub.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı martın 17-ə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər