10 Mart 2017 13:41
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Seyfulla Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Seyfulla Cəfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, Seyfulla Cəfərov 13 nəfər zərərçəkmiş şəxsə ümumilikdə 50 min manat məbləğində dələduzluq edib. O, həmin şəxslərə kömək vədi verib, amma vədinə əməl etməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər