Şamaxı şəhəri ərazisində kabel oğurluğu edən dəstə zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, “Sumqayıt yüksək gərginlikli elektrik şəbəkəsi” MMC-yə məxsus dayaqlararası kabelin 85 metrlik hissəsi kəsilərək oğurlanıb.
Şamaxı rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İsmayıl Şıxməmmədov, İsmayıllı rayon sakinləri Fərid Niftalıyev və Ehtiram Mahmudov tutulublar.
Hacı Zeynalov