Bakının Qaradağ rayonunda mağazalardan birindən oğurluq edilib. Teleqraf.com xəbər verir ki, martın 4-də rayon ərazisindəki mağazalardan birindən mobil telefon oğurlanıb.
Mağazada baş verən oğurluq hadisəsi ilə bağlı Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinə müraciət edilib. Polis əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Zahid Qubadovu müəyyən etmək mümkün olub.
O, həbs edilib. Zahid Qubadovun əvvəllər məhkum olunduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov