15 Mart 2017 17:51
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atasını öldürməkdə təqsirli bilinən 1965-ci il təvəllüdlü Zaqatala rayon sakini Zamir İmranovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi ötən il iyunun 23-də Zaqatala rayonun Əliabad qəsəbəsində baş verib.

Rayonun Əliabad qəsəbə sakini, 1938-ci il təvəllüdlü Kərim İmranovla birgə yaşadığı oğlu Zamir arasında mübahisə yaranıb. Mübahisə qızışaraq davaya çevrilib. Öncə 78 yaşlı ata oğluna balta ilə bir neçə zərbə vurub. Daha sonra oğul baltanı atasından alaraq onun baş nahiyəsinin arxa hissəsinə vuraraq qətlə yetirib.

Zamir İmranov tutularaq istintaqa təhvil verilib. İlkin araşdırma zamanı məlum olub ki, ata oğlunu evdən çıxarmaq istəyib. Onların arasında mübahisə də elə bu səbəbdən baş verib.

Zamir İmranov əsəb xəstəliyindən əziyyət çəkir.

Zamir İmranov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Şirvan Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Hökmə əsasən, Zamir İmranovun barəsində ittihamedici cəza təyin edilib. Məhkəmə onun anlaqsız vəziyyətdə cinayət törətməsi nəticəsinə gəlib. Buna görə də Zamir İmranovun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər