23 Mart 2017 14:13
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində ötən ötən il baş verən cinayətin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, hadisə ötən il noyabr ayının 19-da qeydə alınıb.
Gəncə şəhər sakini Vilayət Abbasov hücuma məruz qaləb. Hücum edən.şəxs onun 4000 manat, 67 ABŞ dolları və 11150 rubl pulunu əlindən alaraq qaçıb.

Zərərçəkmiş baş verən cinayətlə bağlı Gəncə şəhər Baş Polis İdarəsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Samux rayon Yaşar Nağıyev və Abbas Abbasov tutulublar. Yaşar Nağıyevin əvvəllər məhkumluq həyatı yaşadığı məlum olub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər