Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Əzimzadə küçəsi 20 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan İlqar Hacıyev naməlum şəraitdə bıçaqlanıb. O, 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Cinayəti törədən şəxsin həbs edilməsi istiqamətində əməliyyat tədbirləri görülür.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov